Dərc edilib: 28-11-2019

https://www.nuh.az/21482-.html

Qadını çılpaq şəkilləri ilə təhdid etdi, saxlanıldı

28.11.2019 16:26:44

Maqazin

Hacıqabulda qadını çılpaq şəkilləri ilə təhdid ediblər.


“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadına çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib.

O, həmin qadından 300 manat pul almaq istəyib. Bu barədə Rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib