Dərc edilib: 29-11-2019

https://www.nuh.az/21494-.html

Bu gün Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək

29.11.2019 11:06:54

Dünya

Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

 

 

"Report" xəbər verir ki, ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb.

 

 

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib