Dərc edilib: 29-11-2019

https://www.nuh.az/21497-.html

“Gedim yazığı vurub öldürüm?” - Elnarədən cavab

29.11.2019 13:01:34

Maraqlı

Əməkdar artist Elnarə Abdullayeva müğənni Nigar Camala cavab verib.

 

“Qafqazinfo” xəbər verir ki, xanəndə “Show news” proqramına açıqlamasında Nigarın onu tanımamasına reaksiya verib.

Muğam ifaçısı qeyd edib ki, o da N. Camalı tanımır və bu, normal haldır: “Nə edim? Gedim yazığı vurub öldürüm? Tanımır da… Mən də onu belə tanımıram. Seyid Şuşinski demişkən, hələ bir soruşun, muğam ifaçıları kimisə bəyənir, ya yox?

Biz şou adamı deyilik, muğam ifaçısıyıq. Xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq.

Azərbaycan musiqisinin anasını, atasını çiynində gəzdirən bizik. Kiminsə bizi tanıyıb-tanımaması, bəyənib-bəyənməməsi önəmli deyil.  Biz Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik. Mədəniyyət də muğam və aşıq sənətidir”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib