Dərc edilib: 30-11-2019

https://www.nuh.az/21508-.html

Prezident onlara da yeni vəzifə verdi

30.11.2019 12:35:07

İdman

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub. 

"Qafqazinfo" xəbər verir ki, PA-nın yeni şöbə müdirləri arasında tanınmış simalar da var.

 

 

Belə ki, Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, ötən ay İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov isə Administrasiyanın Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.

Onlar eyni zamanda, prezidentin köməkçisi vəzifəsini də daşıyacaqlar.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib