Dərc edilib: 01-12-2019

https://www.nuh.az/21524-.html

"O polis dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb"

01.12.2019 15:19:45

Maraqlı

Tanınmış aktrisa Pərvin Abıyeva sevgili olduğu deyilən Murad Abdullayev haqda danışıb. 

Bunu Pərvin azxeber.com-a açıqlamasında Muradla münasibətindən danışıb.
O deyib ki, Murad onunla sevgili olduğu üçün işdən çıxarılmayıb: "Neçə gündür gözləyirəm ki, ara sakitlləşsin, söhbət bir az soyusun. Amma görürəm mən danışmasam olmur. Əvvəla Murad mənimlə sevgili oldugu üçün işdən cıxarılmayıb. Dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb". 
Pərvin deyib ki, həmin məclisdə xeyli adam iştirak edib: "50 nəfərlik məclis idi və həmin məclisdə hər sahədən insanlar var idi: Polisindən tutmuə modelinƏ kimi. Tanınmış simalar da çox idi. Normal olaraq insanlar doğum günü məclisinə yığışıb və özəl günü öz səhifələrində paylaşırlar. Mən isə heç bir şey paylaşmamışdım. Burada nə məni, nə də səhifəsində paylaşan insanları günahlandırmaq olmaz. Hər kəsin əqli şüuru var. Kiminsə də belə bir şey olacağı aglına gəlməzdi. Qismət belə imiş oldu da. Nə ailə dağıtmışam,nə də körpə uşağı atasız qoymuşam! 
Pərvin bildirib ki, bu məsələdə günahsızdır: "Kaş belə olmazdı ama oldu. Mən özümdə zərrə qədər günah görmürəm. Hər qoyun öz ayağından asılır. Onu da deyim ki, sevgiyə görə nəinki işdən çıxmağa, ölməyə də dəyər (gülür)”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib