Dərc edilib: 01-12-2019

https://www.nuh.az/21525-.html

Yunan heyəti TANAP açılış mərasimini tərk etdi (SƏBƏB)

01.12.2019 15:36:29

Dünya

Prezident Ərdoğanın çıxışından narazı qalan Yunanıstan nümayəndə heyəti TANAP boru kəmərinin açılış mərasimi tədbirini tərk edib.
Qaynarinfo xəbər verir ki, TANAP boru kəmərinin açılış mərasimi üçün Ədirnədə olan Yunanıstanın Ətraf mühit və Enerji nazirinin müavini Dimitris İkonomu tədbiri tərk etməsinin səbəbini belə izah edib:
"Mən qazı Yunanıstan sərhədinə daşıyacaq boru kəmərinin açılışında idim. Ərdoğan çıxışında Kiprdə aparılan qazma işləri və Liviya ilə imzalanan müqaviləyə toxundu. Bunu deyəndə yunan tərəfinin etirazını çatdırmaq üçün tədbirdən çıxmaq qərarına gəldim. Ərdoğan Yunanıstan üçün qazma işi aparan şirkətləri təhdid etdi. Türkiyə rəsmiləri məni fikrimdən döndərməyə çalışdı, amma dedim ki, qala bilmirəm”.
Qeyd edək ki, Ərdoğan açılışda bunları deyib:
"Şərqi Aralıq dənizində olan karbohidrogen ehtiyatlarının paylaşılmasını ədalətlə aparmaq əvəzinə gərginliyi artırmağa çalışırlar. Ədalətli bölgü imkanı ola-ola təhdid dili və şantaj siyasətindən istifadə olunur. Ancaq heç bir ölkə beynəlxalq hüquqdan üstün deyildir. Bizə doğru bir addım atana tərəf biz qaça-qaça gedirik. Bu gün də, sabah da eyni xoşməqamlı istəklə davam edəcəyik. Nə hüquqlarımızdan imtina edəcəyik, nə Kipr türklərinin haqqını kiməsə qurban verecəyik, nə də haqqımız çatmayanı istəyəcəyik".
Liviya ilə razılaşma məsələsinə gəldikdə isə Ərdoğan "Bu müqavilənin digər bəndləri də tətbiq ediləcək və bizim qazmalarımızdan münqaşiə və qan deyil, sülh və tərəqqi fontan vuracaqdır”, - deyib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib