Dərc edilib: 01-12-2019

https://www.nuh.az/21530-.html

81 yaşlı deputat yenidən namizəd olmağı istisna etmir: “Hələ yorulmamışıq”

01.12.2019 21:04:57

İdman

Milli Məclisin ən yaşlı deputatlarından olan Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.
F.Heydərov Etikxeber.az-in növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə sualına cavab verərəkən "hələ yorulmamışıq” deyib. Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib: "Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.
Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana - 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. 1938-ci il təvəllüdlü F.Heydərovun 81 yaşı var. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib