Dərc edilib: 02-12-2019

https://www.nuh.az/21541-.html

ABŞ Şimali Makedoniyanın NATO-ya üzvlük protokolunu təsdiqlədi

02.12.2019 12:22:30

Reportaj

Vaşinqton Şimali Makedoniyanın NATO-ya üzvlük protokolunu təsdiqləyib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo məlumat yayıb. O, bu xəbəri çatdırmaqdan məmnunluq duyduğunu ifadə edib.
Qeyd edək ki, ötən ilədək Yunanıstan Makedoniyanın adının dəyişdirilməsini istədiyi üçün Balkan ölkələrinin ittifaqına girməsini əngəlləyirdi. Beləliklə, 2018-ci ilin sentyabrında Makedoniyada ölkənin adının Şimali Makedoniya adlandırılması ilə bağlı referendum keçirildi və fevralın 8-də Yunanıstan parlamenti qonşu dövlətin ittifaqa daxil olmasını təsdiqlədi.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib