Dərc edilib: 03-12-2019

https://www.nuh.az/21555-.html

İsmayıl Şıxlıya həsr olunmuş Beynəlxalq Konfrans keçirilir

03.12.2019 16:08:37

Cəmiyyət

Bu gün Bakı Avrasiya Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Konfransın açılışı olub. 

“Qafqazinfo” xəbər verir ki, açılışda çıxış edən universitetin rektoru, professor Nazim Hüseynli konfransın işinə uğurlar arzulayıb. O cümlədən konfransa qatılan İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı belə bir konfransın təşkilinə görə universitet rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirib.

Daha sonra akademik Muxtar İmanov, akademik Möhsün Nağısoylu konfransın işinə uğurlar arzulayaraq İsmayıl Şıxlı yaradıcılığını Azərbaycan ədbiyyatının parlaq səhifələrindən biri olduğunu ifadə ediblər.

Konfransa Türkiyədən də elm və bilim adamları qatılıb.

Qeyd edək ki, konfrans 2 gün davam edəcək.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib