Dərc edilib: 03-12-2019

https://www.nuh.az/21557-.html

İrəvanda Qriboyedovun heykəlini təhqir etdilər

03.12.2019 17:05:10

Kriminal

Aktivist - siyasi dustaq Şant Harutyunyanın oğlu Şahen Harutyunyan İrəvanda Qriboyedovun heykəlini qırmızı boya ilə rəngləyib. 

Qaynarinfo xəbər verir ki, o, bu hərəkəti Rusiyada Qaregin Njdeyə qarşı aparılan mübarizəyə cavab olaraq etdiyini bildirir və özünə bəraət qazandırır.
Bəzi mətbuat orqanları onun bu hərəkətini vandalizm kimi qiymətləndirsə də, əksər mətbu orqanlar bunu qoçaqlıq kimi qiymətləndirir.
Ermənistandakı Rusiya səfirliyi isə hələ ki, susmağa üstünlük verir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib