Dərc edilib: 03-12-2019

https://www.nuh.az/21563-.html

İsa Qəmbər seçkidə iştirakla bağlı mövqeyini AÇIQLADI

03.12.2019 21:16:19

Hadisə

Müsavatın sabiq başqanı İsa Qəmbər növbədənkənar parlament seçkisində iştirak tərəfdarıdır. O, bu barədə bu gün Müsavat Partiyasının qərargahında keçirilən seçki müzakirəsində deyib.  

İsa Qəmbər bildirib ki, seçkidə iştirak tərəfdarıdır: “Seçkidə iştirak mənə daha faydalı və düzgün qərar kimi görünür. İndi dəyişən aydın mənzərə var. Sosial şəbəkə, intenet televiziyalar, başqa imkanlar var”. 

Bununla belə İsa Qəmbər bildirib ki, fərd olaraq belə düşünsə də, Müsavat Partiyasının seçki barədə ümumi qərarını dəstəkləyəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib