Dərc edilib: 03-12-2019

https://www.nuh.az/21566-.html

Koçaryanın məhkəməsi gələn ilə qaldı

03.12.2019 23:59:25

Kriminal

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi gələn ilin yanvarınadək təxirə salınıb.


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu ay yenidən keçirilməsi nəzərdə tutulan prosesin təxirə salınmasına hakimin dekabrın 10-dan məzuniyyətə çıxması göstərilib. Koçaryanın vəkili təxirə salınmadan əvvəl müvəkkili haqda həbs qətiimkan tədbirinin dəyişdirilməsi məsələsinin müzakirəsini tələb edib. Prokuror isə eks-prezidentin hüquq müdafiəçilərini “yersiz ərizələr”lə məhkəmə prosesinin uzanmasına səbəb olmaqda günahlandırıb.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib. Bu, onun 3-cü həbsidir. Belə ki, Koçaryan daha əvvəl – 2018-ci ildə 2 dəfə həbs edilib və azadlığa çıxıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib