Dərc edilib: 05-12-2019

https://www.nuh.az/21610-.html

YAP-çı hazırkı deputatları seçkiyə qatılmamağa ÇAĞIRDI

05.12.2019 23:07:34

LIVE

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki keçmiş baş konsulu, məşhur “91-lər”dən biri Xeyrəddin Qoca hazırkı deputatlara çağırış edib.

Modern.az 
saytının məlumatına görə, Xeyrəddin Qoca hazırda Milli Məclisin üzvü olan şəxsləri gələn ilin əvvəllərində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməyə çağırıb.


“İndi deputat olanların heç biri təzə seçkiyə qatılmamalıdır. Çünki özləri etimadı doğrultmadıqlarını təsdiq edirlər!”,-deyə X.Qoca vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib