Dərc edilib: 05-12-2019

https://www.nuh.az/21611-.html

Gürcüstan Prezidentinin iqamətgahı satışa çıxarıldı

05.12.2019 23:59:09

Reportaj

Gürcüstan hökuməti Mestia rayonunda yerləşən keçmiş Prezident iqamətgahını elektron hərraca çıxarıb.
"Report” xəbər verir ki, obyekt "Biznes üçün 100 investisiya təklifi” kampaniyası çərçivəsində satılır.
Özəlləşdirilməyə çıxarılan obyektə qeyri-kənd təsərrüfatı torpağı və orada yerləşən binalar daxildir.
Keçmiş iqamətgahı almaqda maraqlı olan şəxs və ya şirkət müqavilə imzalanandan 42 aydan çox olmayan müddətdə obyektin otel kimi fəaliyyət göstərməsini təmin etməlidir.
Obyektin başlanğıc qiyməti 1 840 000 lari (1 milyon manatdan çox) təşkil edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib