Dərc edilib: 06-12-2019

https://www.nuh.az/21616-.html

SSRİ-dən qaçan DTK-nın eks-mayoru ABŞ-da öldü

06.12.2019 16:52:10

Dünya

SSRİ-dən qaçan DTK-nın eks-mayoru Viktor Şeymov ABŞ-da dünyasını dəyişib.

 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Washington Post” yazıb.

Qeyd edilir ki, Şeymov uzun sürən ağciyər xəstəliyindən sonra 73 yaşında vəfat edib.

V. Şeymov Moskvadan 1980-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri tərəfindən çıxarılmışdı.

Eks-mayor DTK-nın əlaqə və şifrləmə idarəsində çalışırdı.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib