Nazilə Səfərlidən Xoşqədəm Hidayətqızı ilə bağlı ŞOK İTTİHAM: Prezidentə müraciət etdi – VİDEO
Azərbaycanlı məşhur şairə və qiraətçi Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızına görə Prezident İlham Əliyeva müraciət edib.
Yeniavaz.com xəbər verir ki, şairə bu barədə sosial şəbəkədə paylaşım edib.
O, aparıcı X.Hidayətqızının oğlunu izlətdiyini və onun təhlükəsizliyindən narahat olduğunu bildirib: “Ölkəmizin prezidenti İlham Əliyev cənabları və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın insanlara qarşı qayğılarını nəzərə alsaq və islahatları gözümüzün önündə canlandırsaq görərik ki, həqiqətən də xalqın yanındadırlar.
Mən bir şairə, xalqın qızı, vətəndaşı olaraq sizə müraciət edirəm. Bildiyiniz kimi məni Xoşqədəm Hidayətqızı artıq 2 ildən çoxdur ki, rahat buraxmır. Səbəbini bilməsəm də bu insanın məndə öcü (qısas almaq istəyir – red.) var. Amma hal-hazırda Xoşqədəm, sən tamamilə ağ elədin! Sən yolunu o qədər azdın ki, artıq buna ad vermək olmur! Buna görə də mən məcbur olub övladlarımın təhlükəsizliyi və həyatı üçün Cənab Prezidentə müraciət edim”.