Dərc edilib: 06-12-2019

https://www.nuh.az/21623-.html

Şamxal Həsənovun işçisi baş redaktoru hədələdi, Nazilə Səfərlini təhqir etdi -VİDEO

06.12.2019 19:29:45

Kriminal

Bu gün şairə və qiraətçi Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızına görə, Prezident İlham Əliyevə müraciət edib. Şairə bu barədə sosial şəbəkədə paylaşım edib və bildirib ki, “Xəzər” TVdə yayımlanan “Səni Axtarıram” verlişinin aparıçısı Xoşqədəm Hidayətqızı onun övladını izlətdirir.


Sosial şəbəkədə yayılan videogörüntü bəzi saytlarla yanaşı Bizimxeber.az-da yayımlanıb. Lakin özünü “Xəzər” TV -nin əməkdaşı kimi təqdim edən Əli adlı şəxs Bizimxeber.az-ın baş redaktoru ilə 

 

əlaqə saxlayaraq təkidlə yazını və videogörünütü saytdan silməyi tələb edib. 

 

Baş redaktor qarşı tərəf olaraq Xoşqədəm Hidayətqızının mövqeyini dərc etməyə hazır olduqlarını bildirib. Lakin bu şəxs istər Nazilə Səfərlini, istərsə də baş redaktor Ədil Hüseynlini təhqir edərək yazının və videonun silinməsini təkidlə tələb edib.

 

Bir daha bəyan edirik ki, biz bu məsələdə heç bir tərəfin mövqeyini qorumuruq və Azərbaycan qadınının ölkə başçısına övladının təhlükəsizlik məsələsi ilə bağlı etdiyi müraciətin videogörüntüsünü yaymışıq. Əgər Xoşqədəm Hidayətqızının da mövqeyi varsa buyursun versin.

Həmçinin Nazilə Səfərli videogörüntüdə aşkar şəkildə bildirir ki, yaranmış vəziyyətlə bağlı dekanatlıqla əlaqə saxlayıb və dekanatlıq onun dediklərini təsdiqləyib. Odur ki, videogörüntüdə sadalanan ittihamlarla bağlı məsuliyyəti Nazilə Səfərli daşıyır.

Görünün Əli Həsənovun öğlu Şamxal Həsənlinin nəzarətində olan “Xəzər” TV-nin bəzi işçiləri hələ də köhnə düşüncələrində qalırlar”. bizimxeber.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib