Dərc edilib: 07-12-2019

https://www.nuh.az/21632-.html

Erməni diplomat: “Naxçıvanda böyük problemimiz var..

07.12.2019 10:21:54

LIVE

“Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada görüşü epoxalı deyildi. Naxçıvanda həyata keçirilən fəaliyyətlər daha vacib prosesdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni diplomat Arman Navasardyan deyib.

Məmmədyarov-Mnatsakanyan görüşünə toxunarkən Navasardyan bildirib ki, nə edildiyi rəsmi açıqlamada deyilib, lakin hansı kulislərdə hansı danışığın olduğu məlum deyil.

“Lakin mən orada hansısa epoxal görüş və ya diplomatik parçalanma olduğunu düşünmürəm, çünki bundan öncə Lavrovun Bakı və Ermənistan səfərləri danışıqların hansı yol ilə gedəcəyi barədə xatırlatma verirdi. Ümumi proses bu barədə danışır ki, burada ümumi ümidlər, böyük perspektivlər görmək çox doğru olmazdı”, - deyə Navasardyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan üçün problem təkcə Qarabağda deyil, həmçinin Naxçıvandadır.

“Bizim Naxçıvanda çox böyük problemimiz var, orada çox fəal şəkildə Azərbaycan-Türkiyə militarizasiya kursu baş verir, həm hərbi texnika, həm də silahlı qüvvə toplanılır, orada il ərzində bir neçə dəfə hərbi oyunlar baş tutur, Azərbaycanın iki kosmik stansiyasından biri orada yerləşir. Kosmik stansiya kəşfiyyat işi aparır və Aprel döyüşləri vaxtı böyük rola malik olub”,- deyə diplomat bildirib.

Navasardyan, həmçinin qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bütün bunlar istiqamətində addım atdığını müşahidə etməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib