Dərc edilib: 07-12-2019

https://www.nuh.az/21634-.html

“Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir

07.12.2019 12:56:49

Region
"Xəzər” Televiziyasında rəhbərliyin dəyişdirilməsi və təhvil-təslim işlərinə start verilib.

 konkret.az  xəbər verir ki, artıq kanala yeni müavin də təsdiq edilib. Telekanalın rəhbəri Şamxal Həsənovun isə tezliklə işdən kənarlaşdırılacağı deyilir. "Xəzər”TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb.

 

Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib