Dərc edilib: 07-12-2019

https://www.nuh.az/21639-.html

Deputat Elmira Axundovanın HƏQİQİ atası kimdir ?

07.12.2019 15:48:08

Maraqlı

Deputat Elmira Axundovanın həqiqi atası kimdir ? 


Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (III (2005-ci il), IV  (2010-cu il) və V çağırış (2015-ci il) olan Axundova Elmira HÜSEYN  qızını ölkəmizdə  tanımayan yoxdur. NUH.az-a daxil olan məlumata görə, tanınmış yazıçı, ictimai-siyasi xadim olan Elmira xanımın atasının adı HÜSEYN  deyil, FƏRMAN  olub.  Biz  hörmətli  Elmira xanımın reputasiyasına gölgə salmaq fikrindən uzağıq. Amma yaxşı olar ki, Elmira xanım özü bu məsələyə aydınlıq gətirsin. Və atasının ( Hüseyn, yoxsa Fərman kişinin) kimliyi barədə cəmiyyətimizə açıqlama versin. Bununla da dedi-qoduya son qoyulsun. Biz özümüz də 

Elmira  xanımın atasının HƏQİQİ KİMLİYİ barədə araşdırmamızı davam etdiririk.Mövzu ilə bağlı Elmira Axundovanın fikirlərini işıqlandırmağa  hazırıq. 

 

 Qeyd:

Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur.


Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980-1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988-1991). "Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir (2002-ci ildən). 

NUH informasiya agentliyi səhifəsindən çap edilib