Dərc edilib: 08-12-2019

https://www.nuh.az/21643-.html

“İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”

08.12.2019 10:20:47

Siyasət

"TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir".

 

 “Azərtac”   xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili söyləyib.

Onun sözlərinə görə, son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində İ.Əliyevin xüsusi rolu olub.

Salome Zurabişvili deyib:

“Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib