Dərc edilib: 08-12-2019

https://www.nuh.az/21647-.html

Kəskin qaraciyər çatışmazlığı - Əlamətləri, səbəbləri və müalicəsi

08.12.2019 13:39:35

Mədəniyyət

Kəskin qaraciyər çatmazlığı əvvəllər qaraciyər xəstəliyi olmayan şəxsdə qısa bir müddət ərzində (bir neçə gün və həftə) qaraciyər funksiyalarının itməsinə deyilir. Xroniki qaraciyər çatışmazlığına nisbətən daha az rast gəlinir.

 medicina.az  xəbər verir ki, bu vəziyyətin çox ciddi ağırlaşmaları var ki, bunlara da qanaxma və kəllədaxili təzyiqin artması aiddir.Kəskin qaraciyər çatışmazlığı həyati təhlükəli vəziyyətdir, əgər xəstədə sarılıq, huşun qaralması, davranışın dəyişməsi ilə bərabər qarının yuxarı nahiyəsində ağrılar əmələ gəlirsə dərhal həkimə müraciət etmək lazımdır.
ƏLAMƏTLƏRİ

-Dəri və selikli qişaların saralması
-Qarının yuxarı sağ tərəfində ağrıların olması
-Qarında şişkinliyin əmələ gəlməsi
-Ürəkbulanma və qusma
-Ümumi zəiflik
-Huşun qarışması
-Yuxuculluq
Kəskin qaraciyər çatışmazlığında qaraciyər hüceyrələri əhəmiyyətli dərəcədə zədə görürlər və lazım olan funksiyanın yerinə yetirə bilmirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib