Dərc edilib: 08-12-2019

https://www.nuh.az/21649-.html

Azay Quliyev namizəd olmaq üçün dairə tapa bilmir?

08.12.2019 15:21:52

Maqazin

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu dəfə seçkilərə qatılmaq üçün dairə tapa bilmir.

 

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, ötən seçkiyə 8 saylı Binəqədi birinci seçki dairəsindən bitərəf namizəd olaraq qatılan Azay Quliyev bu dəfə bu dairədən namizəd ola bilməyəcək.


Belə ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən YAP-ın çox tanınmış namizədi olacaq və Azay Quliyev üçün ölkənin ən güclü partiyasının namizədi ilə rəqib olmaq və qalib gəlmək çox çətindir. 

Daha bir ehtimala görə, Azay Qliyev ümumiyyətlə, MSK-nın növbədənkənar parlament seçkilərinə qatılmaya bilər. O yqəin ki, bu barədə konkret qərarı Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısı açıqlanandan sonra  verəcək.

Qeyd edək ki, Azay Quliyev siyası kluarlarda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz mehdiyevin kadrı kimi tanınırdı.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib