Dərc edilib: 12-12-2019

https://www.nuh.az/21693-.html

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım

12.12.2019 08:30:15

Cəmiyyət

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.


"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyevin ildönümü ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstaqram və Feysbuk səhifələrində paylaşım edilib.

"Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram", - deyə paylaşımda qeyd olunub.

 

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib