Dərc edilib: 16-12-2019

https://www.nuh.az/21713-.html

Bakıda icra Hakimiyyətinin şöbə müdiri intihar etdi

16.12.2019 11:24:12

Reportaj

Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 44 yaşlı Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.


 unikal.org  xəbər verir ki, E.Əlizadənin intihar etməsinin səbəbi bilinmir.

Mərhum dünən Yasamal qəbiristanlığında dəfn edilib.

***

Nərimanov rayon Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq -əməliyyat tədbirləri davam etdirilir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib