Dərc edilib: 26-12-2019

https://www.nuh.az/21841-.html

Mehriban Əliyevanın yeni köməkçisi Andrey Sipilin kimdir? - DOSYE

26.12.2019 13:50:59

Cəmiyyət
Xəbər verdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.
 yeniavaz.com  xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.  2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində  İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib