Dərc edilib: 07-01-2020

https://www.nuh.az/21972-.html

Sumqayıtın icra başçısı Zakir Fərəcovun sərvəti

07.01.2020 00:58:33

Hadisə

Zakir Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla 50 milyondan çox vəsait ayrılıb.


Halbuki bu qədər pula, yeni şəhər salmaq olardı. Bəs bu qədər pul haralara gedib, kimin və kimlərin ciblərinə axıb?

Buyurun, Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olun :

 

RESTORAN və OBYEKTLƏR

 

 

  • Sumqayıtda "Şahənə" şadıq sarayı
  • Novxanıda dəniz kənarında "Kalyon" restoranı
  • Yeni Bulvar ərazisində "Dəniz”restoranı
  • Sumqayıtın girişində OS- OİL
  • Sumqayıtda "İST" petrol (50% onundur)
  • Sumqayıtda "Səda Store"
  • 13-cü mikr-da "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik)
  • Sumqayıt bulvarına bitişik yaşayış massivi
  • Kuşadasında "Norf” adı altında "Bistro” kafesi, sushi və balıq restoranı
  • Sumqayıtın 44-cü məhəlləsində "NORF” adlı şirəli içkilər istehsalı
  • Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı
  • Qızının idarə etdiyi "UVENTA" gözəllik salonu, eyni adlı estetik mərkəzi
  • "Kimyaçılar" sarayı qarşısındakı "Zəfəran" restoranı
MƏNZİL və VİLLALAR
  • Qurd dərəsi və Novxanı bağlarında 6 villası
  • Corat kəndində 1 villası
  • İzmirin Kuşadasında villası
  • Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil
  • Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil
  • Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa
  • Novxanıda hektarlarla bağ sahəsi
  • Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.
ŞİRKƏTLƏR
  • "Əsnayə MMC" şirkəti (kürəkəni Əkrəmindir)
  • "LC-2008 MMC" şirkəti (kürəkəni Müşviqindir)
  • "RAMİL-2000" Fərdi Firması (kürəkəni Müşviqindir)
  • "Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)
Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.
QOHUMLUQLAR:
  • Qardaşı millət vəkili Nazim Fərəcov
  • Oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov
  • Bacısı əri Sumqayıt nəqliyyat departamentinin rəhbəri Xanı Rüstəmov
  • Bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov. (Belində silahla fırlanır)
  • Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov
  • Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov
  • Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə
  • Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı
  • Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.
  • Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyev
  • Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev
  • Qardaşının qudası Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov
  • Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. "NORF" adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.
Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır. Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür", - bloger bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti isə hələ ki məlumatı nə təsdiq, nə də təkzib edib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib