Dərc edilib: 07-01-2020

https://www.nuh.az/21985-.html

“YAP-ın bütün namizədləri qeydə alınıb”

07.01.2020 20:42:45

LIVE

"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb".


"Qafqazinfo" xəbər verir ki, bunu Baş Nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov öz rəsmi feysbuk səhifəsində yazıb.

"Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir. Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm", - deyə Ə.Əhmədov bildirib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib