Dərc edilib: 11-01-2020

https://www.nuh.az/22029-.html

Mərcan qan dövranını yaxşılaşdırır

11.01.2020 09:57:34

LIVE

İlboyu mərcanı yemək üçün əsaslı səbəblər var.

 

 

“Qafqazinfo” “MedikForum.ru” saytına istinadən onlardan dördünü sizə təqdim edir:

Bağırsaq sağlamlığını dəstəkləyir

Tədqiqatlar göstərir ki, mərcanı qəbulu immun sistemi, əhval və həzmlə bağlı olan faydalı bağırsaq bakteriyalarına müsbət təsir göstərir. Təzə və ya qurudulmuş mərcanının tərkibindəki liflər qəbizliyi aradan qaldırır və həzm sisteminin sağlamlığını dəstəkləyir.

İmmun sisteminə kömək edir

Giləmeyvənin tərkibindəki C vitamini immun sistemini dəstəkləyir və kollaqeninin əmələ gəlməsində zəruridir. Ona görə də o, dəri və oynaq sağlamlığı və orqanizmin ümumi bərpasında vacib rol oynayır. Mərcanı infeksiyaların da qarşısını ala bilir.

Qan dövranını yaxşılaşdırır

Mərcanı arteriyaların elastikliyini yaxşılaşdırır. Bu isə qan dövranının güclənməsi deməkdir, hansı ki, qan təzyiqini aşağı salır. Qan dövranının yaxşılaşması enerjini və koqnitiv funksiyaları yüksəldir.

Soyuqdəymə zamanı effektivdir

Angina, öskürək, soyuqdəymə, eləcə də digər kəskin respirator xəstəliklər zamanı onların profilaktika və müalicəsi üçün mərcanıdan istifadə etmək məsləhət görülür. Giləmeyvə qısa zaman ərzində hərarəti aşağı salır və orqanizmin mikrob və infeksiyalarla mübarizə aparması üçün onun müdafiə resurslarını aktivləşdirir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib