Dərc edilib: 12-01-2020

https://www.nuh.az/22047-.html

Ronaldonu tanımasıyla həyatı dəyişdi - Fotolar

12.01.2020 10:22:05

Reportaj

Onun həyatı Kriştiano Ronaldonu tanımasıyla dəyişdi. "Qafqazinfo" xəbər verir ki, ulduz futbolçunun sevgilisi Corcina Rodriges artıq dünyanın ən məşhur simaları sırasındadır.

Maraqlıdır ki, Ronaldonun model sevgilisi vaxti ilə geyim mağazasının satış nümayəndəsi olub. Onun həyatı Ronaldonun həmin mağazaya gəlməsindən sonra dəyişib. İrina Şeykdən ayrıldıqdan sonra xoşbəxtliyi ispan modeldə tapan portuqaliyalı superstarın Rodrigeslə izdivacından Alana Martina adlı bir qızı da var.

Hazırda instaqramda 16 milyona yaxın izləyicisi olan Corcina Rodriges paylaşımları ilə də diqqət çəkir. 25 yaşlı ispan modelin fotolarını təqdim edirik: 

 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 

NUH informasiya agentliyi səhifəsindən çap edilib