Dərc edilib: 12-01-2020

https://www.nuh.az/22051-.html

Nərminin qatili Bakıya gətirildi

12.01.2020 12:44:53

Kriminal

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirli bilinən İlkin Süleymanov Bakıya gətirilib.

News24.az-a daxil olan məlumata görə, onun işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.
 
Dindirilmə zamanı Nərmini necə saxladığını və ona nələr etdiyini açıqlayıb. Müəyyən edilib ki, Nərminin günlərdir saxlanıldığı yer natəmiz və soyuq olub.
 
İstintaq zamanı Nərmini yandırdığı benzin qabı aşkar edilib. Məlum olub ki, benzinin hamısı istifadə edilməyib.
Ölüm səbəbi isə başının arxasından aldığı daş zərbəsi ilə olub. Sonda isə yandırılıb. Yandırılarkən də videoya çəkilib.
Hazırda faktla bağlı istintaq davam edir.
O da məlum olub ki, əlbir olduğu deyilən polis əmisi oğlu İlkinin divar qonşusudur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib