Dərc edilib: 12-01-2020

https://www.nuh.az/22055-.html

MAYOR FƏRMAN hansı cəbhədə vuruşub, yaralanıb?

12.01.2020 14:27:37

Cəmiyyət

Deputat Elmira Axundovanın həqiqi atası kimdir ?” başlıqlı ötən yazıda


Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (III (2005-ci il), IV  (2010-cu il) və V çağırış (2015-ci il) olan Axundova Elmira HÜSEYN  qızınının  atasının kimliyi barədə xanım  deputata suallar ünvanlamışdıq.

 

Belə ki  NUH.az-a daxil olan məlumata görə, tanınmış yazıçı, ictimai-siyasi xadim olan Elmira xanımın atasının adı rəsmi sənədlərdə HÜSEYN  göstərilsə də, deputat öz müsahibələrində  atasını “ MAYOR  FƏRMAN QAFAROV"  deyə xatırlayır.  Elmira xanımım dogma əmilərinin soyadı hər yerdə MƏMMƏDOV  göstərilir. Bu isə oxucuda istər-istəməz suallar doğurur. Bütün bunlar təsadüfidir, yoxsa müəmma…


Digər tərəfdən  xanım Axundova LENT.AZ saytına müsahibəsində  atası “ MAYOR FƏRMAN”ın  İkinci Dünya Müharibəsibdə qəhrəmanlığından, cəsurluğundan bəhs edir:

 

“ Atam hərbçi olub, SSRİ-də müxtəlif yerlərdə qulluq edib.  Atam müharibədə iştirak edib, bir neçə dəfə yaralanıb, ikinci qrup əlil olub”.


Maraqlıdır, MAYOR FƏRMAN  hansı cəbhədə vuruşub, hansı döyüşdə yaralanıb ?


Xanım Axundova niyə bu məsələlərə aydınlıq gətirib şübhələrə  son qoymur ?


Bizim məqsədimiz  Elmira Axundovanın və mərhum atasının əməllərinə kölgə salmaq deyil. Məqsədimiz həqiqətin ortaya çıxmasıdır.

Qoy  suallara dövlətimizin müvafiq orqanları cavab versin.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib