Dərc edilib: 13-01-2020

https://www.nuh.az/22071-.html

Orxan Camalla həmkarları soyğunçuluq məqsədilə öldürülüb - Rəsmi

13.01.2020 15:23:34

Maqazin

Rusiyalı müstəntiqlər 2018-ci ildə Mərkəzi Afrika Respublikasında (CAR) üç rus jurnalistin- rejissor Aleksandr Rastorquyev, hərbi müxbir Orxan Camal və operator Kirill Radçenkonun soyğunçuluq məqsədilə öldürüldüyü qənaətinə gəliblər.


“Qafqazinfo” xəbər verir ki, bu barədə  Rusiya İstintaq Komitəsi sədrinin müavini İqor Krasnov “Kommersant” qəzetinə müsahibəsində bildirib.

“Hücumun baş vermə halları həmin regionda sistemli şəkildə ağır cinayətlər törədən Mərkəzi Afrika Respublikası (MAR) və ya yaxın ölkələrin sakinləri tərəfindən soyğunçuluq məqsədilə törədildiyini göstərir, - deyə Krasnov bildirib.

Onun sözlərinə görə, jurnalistlər sənədli filmin çəkilişi üçün 28 iyul 2018 tarixində turistik vizalarla Mərkəzi Afrika Respublikasının paytaxtı Bereqoya uçublar:

“Orada özünü BMT rəsmisi kimi təqdim edən naməlum bir şəxsin köməyi ilə yerli bir sakini ölkə ərazisinə səyahət üçün sürücü olaraq işə götürüblər. Berenqo şəhərində rusiyalı hərbi təlimatçıların düşərgəsini ziyarətə buraxılmayandan sonra, ölkə boyu gecə hərəkətin təhlükəli olması barədə xəbərdarlığa baxmayaraq, jurnalistlər naməlum şəxslə görüşmək üçün iyulun 30-da Bambari şəhərinə gediblər.  Bundan sonra jurnalistlərin olduğu avtomobil naməlum qaradərili silahlı şəxslər tərəfindən saxlanılıb. Silahlı şəxslər jurnalistlərdən avtomobili tərk etməyi və əşyalarını, o cümlədən fotokamera və videokameranı verməyi tələb ediblər. Jurnalistlər isə bundan imtina etdikdən sonra cinayətkarlar onları güllələyiblər”.

Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur. O və digər jurnalistlərin öldürülməsi haqda xəbər 2018-ci ilin 31 iyulunda yayılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib