Dərc edilib: 13-01-2020

https://www.nuh.az/22072-.html

General Ramiz Zeynalovun yerinə Fuad Mayılov gətirilir

13.01.2020 15:33:20

Müsahibə

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.
 Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onun yerinə bir neçə ay əvvəl Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə rəis təyin olunan Fuad Mayılovun təyin olunması gözlənilir.
F.Mayılovun yerinə isə Ramiz Zeynalovun bacısı oğlu, I tağım komandiri Vüqar Əsgərovun təyinat alacağı bildirilir.
Qeyd edək ki, Fuad Mayılov Suqayıta təyinat almazdan əvvəl uzun illər "Ekologiya postu”nun rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, o, bu postda işləyərəkən, haqqında təkzibolunmayan xeyli qalmaqallı məlumatlar da yayılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib