Dərc edilib: 14-01-2020

https://www.nuh.az/22083-.html

"Azərbaycanın xaricdə yerləşdirdiyi vəsaitlər öhdəliklərindən 2 dəfə çoxdur"

14.01.2020 09:15:54

Hadisə

"Azərbaycan Mərkəzi Bankı 2018-2019-cu illərdə uçot dərəcəsini təxminən 2 dəfə azaldaraq 7,5%-ə endirib”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.
"Biz bu siyasətin bank faizlərinə təsirini görürük. Məsələn, son 2 ildə biznes kreditlərinin orta illik faiz dərəcəsi 5 faiz bəndi azalaraq 11%-ə düşüb. Amma bu səviyyə bizi qane etmir və faizlərin daha da azalması istiqamətində işləri davam etdirəcəyik”, - deyə o, qeyd edib.
Bundan başqa, baş bankirin sözlərinə görə, ötən il dövriyyədə olan pul kütləsinin həcmi 24% artırılıb: "Pul siyasətinin yumşaldılması çərçivəsində banklara 2 milyard manatdan çox vəsait verilib ki, onlar bunu kreditləşmə üçün istifadə etsinlər. Ümumilikdə son 3 ildə aşağı inflyasiya, milli valyutanın sabit məzənnəsi, getdikcə azalan xarici borc Azərbaycanın xarici kreditor mövqeyini gücləndirib.
Hazırda bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin məbləği 100 milyard ABŞ dollarından çoxdur ki, bu da öhdəliklərimizlə müqayisədə 2 dəfə çoxdur. Bu da onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik, dayanıqlılıq yaradılıb və iqtisadi inkişafa təsir edir”, - deyə o, əlavə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib