Dərc edilib: 14-01-2020

https://www.nuh.az/22084-.html

Seçki qutusuna topa bülleten atan ADP sədrinin müavini imiş (VİDEO)

14.01.2020 09:30:34

Cəmiyyət

Sosial şəbəkələrdə yayılan videoda seçki qutusuna topa bülleten atan kişinin kimliyi məlum olub.

Qaynarinfo xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9-cu məntəqəsində seçki qutularının hər birinə bir neçə səsvermə bülleteni atan şəxs Azərbaycan Demokratik Partiyasının (ADP) ümumi işlər üzrə müavini Zakir Hüseynovdur.
Onun qanunsuz hərəkətləri seçki məntəqəsində quraşdırılımış veb-kameralara düşüb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xatırlatmaq üçün bildirək ki, ADP-nin sədri Sərdar Cəlaloğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib