Dərc edilib: 14-01-2020

https://www.nuh.az/22085-.html

Günel Səfərovanın deputatlığa namizədliyi qeydə alındı

14.01.2020 09:41:29

Hadisə

"Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürüb.

Qaynarinfo xəbər verir ki, bu gün 9 saylı Binəqədi ikinci seçki dairəsi Günel Səfərovanın namizədliyini təsdiq edib. G.Səfərova seçkilərə "Fərqi vətəndaş bilir!" şüarı ilə gedir. 
G.Səfərovanın rəqibi YAP-dan Kəmaləddin Qafarovdu. 
Günel Səfərova müstəqil namizəddi. Onun namizədliyini müstəqil şəxslər dəstəkləyir.
G.Səfərova 9-cu dairənin ən real namizədi kimi qiymətləndirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib