Dərc edilib: 14-01-2020

https://www.nuh.az/22090-.html

Zeynəb Xanlarova son 12 ildə ilk dəfə konsert verəcək

14.01.2020 16:05:45

Mədəniyyət

Xalq artisti Zeynəb Xanlarova 12 il sonra solo konsert verəcək.

 

“Qafqazinfo” xəbər verir ki, məşhur müğənni 18 mart tarixində Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.

Konsertin biletləri artıq satışdadır. 

Xatırladaq ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib