Dərc edilib: 15-01-2020

https://www.nuh.az/22115-.html

"Böyük Azərbaycan qurultayı keçirməliyik və ..."

15.01.2020 15:12:13

Region

Amerikanın İrana hücum etməsinə susmamalıyıq. Təcili olaraq Azərbaycan qurultayı keçirməliyik. Türk Milli Platforması Amerikanın qarşısına qoyulmalıdır. İran coğrafiyasının sahibi bizik. İranın gələcəyi, statusu bizimlə razılaşdırılmalıdır.

İran adlanan Elam-Midiya coğrafiyasında İran dilli xalqların 3 dövləti olmuşdur.
1. İran dilli Zənd-Həxamənişlər öncə Babil sonra isə Miaday əsirliyində olan yəhudilərin dəstəyi ilə Midiyada saray çevrilişi edərək hakimiyyəti ələ aldılar. Hakimiyyət dövrlərində iltisaqi dilli Elam-Midiya mədəniyyətini tamamilə yox etdilər. Bu mədəniyyətin fars iran dilli qrupların bu coğrafiyaya gəlişinədək ( e.ə.7-9 əsrdə) ən azı 3 minillik tarixi var idi. Həxaməniş dövlətini Makedoniyalı İskəndər devirdi.
2. İran diĺli tayfalardan pəhləvi dilli Sasanilər Parfiya imperiyasında saray çevrilişi edərək hakimiyyətə gəldilər. 500 illik Sak Türk Parfiya mədəniyyətini tamamilə yox etdilər. Sasani dövlətini Ömər rəhbərliyində Ərəblər devirdilər.
3. 1925 ci ildə İngiltərə dövlətinin rəhbərliyi və dəstəkləri ilə İngilis Ser Reporter və yəhudi Əli Firuğinin ideoloqluğu ilə Türk Qacar dövləti içində saray çevrilişi edərək Rza Pəhləvi hakimiyyətə gətirildi. İngiltərə Rza Şah vasitəsi ilə Sasani dövlətini bərpa etdi. Bu dövlətin adı İran , dili fars adlandırıldı. Sasaniıərin davamı və varisi olduqlarını sübut etmək üçün Pəhləvi sülalə soyadını qəbul etdilər. 1000 il bu coğrafiyada hakim olan Səlcuqlu, Ağqoyunlu, Qaraqoyunlu, Gurgan, Elxanlı, Səfəvi, Avşar, Qacar Türk mədəniyyəti məhv edildi.
Elam – Manna-Midiya coğrafiyasında qurlumuş Persiya dövlətləri bölğənin əski xalqlarını və mədəniyyətlərini barbarca məhv etdilər. İran alimi Nasir Purpirar yazır ki, e.ə. VII əsrdən bizim eranın VII əsrinə qədərki Orta Doğu tarixi qaranlıq tarixini yaşamışdır. Pers tayfalarının əli ilə Orta Doğunun Şumerlə başlayan əski böyük mədəniyyəti məhv edilmişdir.
Bu barədə son 20 ildə dünyada çoxlu əsərlər yazılmışdır.
Amerikanın hücum etdiyi Şiə Pers dövlətini də Amerikanın devirəcəyi qaçılmazdır. Biz türklər təcili hərəkətə keçməliyik. Böyük Azərbaycan qurultayı keçirməliyik və bu coğrafiyada Türklərin əski statusunu bərpa etməliyik. Bu coğrafiyanın sahibi bizik. Onun gələcəyini biz Türklər müəyyən etməliyik.
Yasəmən Qaraqoyunlu, AMEA-nın əməkdaşı

NUH informasiya agentliyi səhifəsindən çap edilib