Dərc edilib: 15-01-2020

https://www.nuh.az/22119-.html

Alimlər Bethovenin kar olmasının səbəbini tapdı

15.01.2020 19:13:06

Maqazin

Padua Universitetini təmsil edən bir qrup italiyalı elm adamı Lüdviq van Bethovenin kar olmasının onun şərab asılılığı ilə əlaqəli ola biləcəyini irəli sürüb. 

Qaynarinfo xəbər verir ki, müxtəlif elm adamları getdikcə az miqdarda da olsa, spirtli içkilərin təhlükələri barədə məlumat versələr də, bu dəfə araşdırma içkinin təhlükəsi barədə deyil, Alman bəstəkarın qədəhinin hazırlandığı materialla bağlı olub.
Tədqiqatın aparılmasına eşitmə qabiliyyətini itirən bir qadının mütəxəssislərə müraciəti təkan verib. Xəstənin qida hazırladığı qabda qurğuşun olması və bu metalın çox miqdarda bədəninə daxil olması onun karlığına səbəb olub.
Alimlər qurğuşunun Bethovenin istifadə etdiyi şərab şüşələrində də olduğunu qeyd ediblər. Bu maddə daha az inkişaf etmiş texnologiyalardan istifadə edərək yaradılmış qabda saxlanılan şərabın tərkibində ola bilərdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib