Dərc edilib: 17-01-2020

https://www.nuh.az/22158-.html

Mahirə Əsədova seçki təbliğatına başladı

17.01.2020 14:33:43

Cəmiyyət

Xeyriyyəçi  namizədə hər seçicidən SƏS 

 

 

"Yeni  Yurd”  Sosial  İnkişaf ictimai birliyinin sədri Mahirə  Əsədovanın  parlament  seçkilərində 54 saylı Şabran Siyəzən  seçki dairəsindən deputatlığa namizədliyinin  qeydə alınması barədə məlumat vermişdik.


Mahirə Əsədovanın seçki qərargahından NUH.az-a daxil olan məlumata görə, namizədin tərəfdarları bu gün təbliğat və təşviqat kampaniyasına başlayıblar.

 

Məlumat üçün qeyd edək ki, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi 2005-ci il avqustun 12-də yaradılıb. Məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində qorumaqdan ibarətdir.
Mahirə Əsədova 2014-cü yanvar ayının 25-də “Yeni yurd” Sosial İnkişaf ictimai birliyinə sədr seçilib.


Mahirə Əsədova QHT rəhbəri olaraq heç bir qrant təşkilatından maliyə almadan öz şəxsi vəsaiti hesabına xalqına  xidmət edir. Xanım namizədin xeyriyyəçiliyi nəticəsində subartezian quyuları inşa edilərək əhalinin istifadəsinə verilib.

Mahirə Əsədova Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun xatirəsinə həsr edilən teatr tamaşasının səhnələşdirilməsi prosesini maliyyələşdirib.


“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinə məxsus “Biz, Şərqdənik!” adlı qısametrajlı film Mahirə Əsədovanın rəhbərliyi altında istehsal olunub və onun təqdimat mərasimi keçirilib. Filmdə görkəmli şərqşünas alim, Professor Aida İmanquliyevanın fəaliyyəti və ömür yolu geniş işıqlandırılıb.

 

Mahirə Əsədova tez-tez döyüş bölgələrimizdə olur, əsgər və zabitlərlər görüşür.

 

Biz də xanım namizədə uğur və  hər seçicidən  xeyriyyıçiyə SƏS  arzulayırıq. 

 

 

 

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib