Dərc edilib: 18-01-2020

https://www.nuh.az/22176-.html

Dünyanı ŞOKA salan xəbər - İŞİD lideri

18.01.2020 10:03:21

Mədəniyyət

Bu xəbər bütün dünyanı şoka salıb. Terrorçulardan təmizlənən şəhərdə keçirilən əməliyyat zamanı İraq-Şam İslam Dövlətinin (İŞİD) ən önəmli üzvlərindən Əbdülbari adı ilə tanınan Şəfa əl Nima yaxalanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, təxminən 150 kiloqram ağırlığında olan Əbdülbari polis avtomobilinə sığmadığı üçün, İraq hüquq-mühafizə orqanları yük maşını gətirməyə məcbur olublar.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında ABŞ-ın rəhbərlik etdiyi 100 min nəfərdən çox üzvü olan koalisiya qüvvələri Mosulun terrorçulardan xilas edilməsi üçün irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Doqquz ay davam edən əməliyyatlardan sonra şəhər terrorçulardan təmizlənib. O zaman keçirilən əməliyyatlarda Əbdülbarini ələ keçirmək mümkün olmamışdı. Saxlanılan İŞİD liderinin qruplaşmanın həyata keçirdiyi qətliamlar, edamlar, adam oğurluğu və insan alverində adı hallanır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib