Dərc edilib: 18-01-2020

https://www.nuh.az/22180-.html

Etibar Abdullayev təbliğat- təşviqat kampaniyasına başlayıb

18.01.2020 13:15:12

Hadisə

124 saylı Şuşa – Ağdam- Xocalı- Xocavənd Seçki dairəsindən deputatlığa  namizəd  Etibar Abdullayev təbliğat- təşviqat kampaniyasına başlayıb.


Deputatlığa namizəd öz həmvətənlərinə müraciət edib:

 

Mənim əziz həmvətənlərim, əziz Qarabağlılarım, seçicilərim!


Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş təbliğat- təşviqat kampaniyasına  başladıq.

Bütün Qarabağlıların, o cümlədən Azərbaycanımızın xeyir- duasını istəyirəm.

Sizin hüquq maraqlarınızın müdafiəsi  mənim gündəlik həyatım olub və olacaqdır.

Qarabağ Ata Yurdum...

 

Bu barədə NUH.az-a deputatlığa namizədin seçki qərargahından məlumat verilib. 

 

 

Məlumat üçün  qeyd edək ki, Etibar Abdullayev Milli Məclisdə məsul vəzifələrdə çalışıb, 2017- ci ilədək Nərimanov rayonu üzrə Dairə seçki komissiyasının sədri işləyib. Bir il də Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparat rəhbəri olub.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib