Dərc edilib: 22-01-2020

https://www.nuh.az/22243-.html

Seçicilərindən Pərvin Mahmudova böyük dəstək – FOTOLAR

22.01.2020 15:00:46

Günün sitatı

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən ən real namizəd görüşlərini davam etdirir.


31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa gənc namizəd Pərvin Mahmudovun Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin sakinləri ilə görüşləri davam edir. Bu barədə kursiv.az saytına namizədin Seçki Qərargahından məlumat verilib. Gənc namizədin növbəti belə görüşü Qaraçuxur qəsəbəsi 4042-ci məhəllənin sakinləri ilə baş tutub. Görüş həm fərdi, həm də Veteranlar Parkında kütləvi şəkildə baş tutub.

Sakinlər görüş zamanı Pərvin Mahmudovu böyük rəğbətlə qarşılayıb, onun namizədliyini dəstəklədiklərini söyləyiblər. Onlar həmçinin qeyd ediblər ki, 9 fevral seçki günü məntəqələrə gedib səslərini ona verəcəklər.

Qeyd edək ki, 26 yanvar saat 11:00-da Pərvin Mahmudovun seçiciləri ilə Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayında böyük görüşü baş tutacaq.

Görüşlərdən çəkilən fotoları təqdim edirik.  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib