Dərc edilib: 22-01-2020

https://www.nuh.az/22245-.html

Yunanıstanda ilk dəfə qadın prezident seçildi

22.01.2020 18:16:14

LIVE

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.


“Qafqazinfo”nun “RİA novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında keçirilən səsvermə zamanı 300 deputatdan 200-ü onun lehinə səs verib. Bununla da tarixdə ilk dəfə yunan dövlətinə qadın rəhbərlik edəcək. 

Qeyd edək ki, Konstitusiyaya görə, Yunanıstan prezidenti baş nazirin təklifi ilə parlament tərəfindən 5 illik müddətə seçilir. Fraksiyalar da öz namizədlərini təklif edə bilərlər. Qaydalarda prezidentliyə namizədin müzakirəsi nəzərdə tutulmur.

İndiki Prezident Prokopis Pavlopoulosun səlahiyyət müddəti martın 13-də başa çatır.

Yunanıstan Prezidentinin səlahiyyətləri əsasən nümayəndəlik funksiyaları ilə məhdudlaşır. Əsas güc baş nazirə məxsusdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib