Dərc edilib: 23-01-2020

https://www.nuh.az/22260-.html

Şimşək Xalidənin təbliğat kampaniyasına start verildi

23.01.2020 13:46:17

Müsahibə

33 saylı Xətai birinci seçki dairəsi üzrə deputatlığa namizəd  Şimşek  Xalidə Hümbət qızı təbliğat-təşviqat  kampaniyasına başlayıb.


Bu barədə  NUH.az-a namizədin  seçki qərargahından məlumat verilib.

 

Məlumat üçün bildirək ki, Şimşek  Xalidə Bakı şəhərində anadan olub,  Binəqədi rayonundakı 115 saylı  orta məktəbi bitirib.


Deputatlığa namizəd BDU-nun mexanika-riyaziyyat fakültəsinin məzunudur.  

 

Xalidə Şimşək Aqrar-Sənaye Nazirliyində mühəndis-proqramçı, aparıcı mühəndis vəzifələrində çalışıb.

 

Sonrakı illərdə Xalidə xanım Daxili İşlər Nazirliyində inspektor, baş inspektor vəzifələrində işləyib.

 

Onu da qeyd edək ki, Şimşək Xalidə DİN-dəki 102 xidmətinin qurucusu və rəisi olub, polis polkovnik-leytenantıdır.


Hazırda Azəriqaz İB-də 104 xidmətinin rəisidir.


Və Neft Sənaye Akademiyasında sənayenin idarəedilməsi fakültəsinin sonuncu kurs tələbəsidir.


Ailəlidir.

 

Xalidə Şimşəyin atası Baxışov  Hümbət  Murad oğlu 7, 8, 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib