Dərc edilib: 25-01-2020

https://www.nuh.az/22280-.html

Prezident Ərdoğana başsağlığı verdi

25.01.2020 14:02:19

Siyasət

Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.


“Qafqazinfo”nun xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib