Dərc edilib: 29-01-2020

https://www.nuh.az/22333-.html

Azərbaycanlı məmurlar kralın istifadə etdiyi yataq mebelləri alır

29.01.2020 13:37:58

İqtisadiyyat

Azərbaycanlı məmurlar və biznesmenlər Türkiyədən özlərinə kral və şahzadələrin istifadə etdiyi dizaynda yataq və qonaq mebelləri alırlar.
Unikal.org-a istinadən məlumatına görə, təkcə 2019-cu ildə Adanadan Azərbaycana dəyəri milyon dollarlarla ölçülən kral və şahzadələrin istifadə etdiyi yataq və qonaq otaqları üslubunda yığılan mebellər göndərilib.
Bir mebel dəstinin istehsal qiyməti isə 100 min dollardan bahadır.
İraq, Suriya, Səudiyyə Ərəbistan, İordaniya, İran, Azərbaycan və Liviyaya ümumilikdə 40 milyon dollardan artıq mebel satılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib