Dərc edilib: 29-01-2020

https://www.nuh.az/22336-.html

“Sumqayıt xanı”nın sahib olduğu var-dövlətin həddi-hüdudu bilinmir

29.01.2020 15:31:49

Kriminal

Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2015-ci il tarixili Sərəncamı əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunan Zakir Fərəcov, daşıdığı vəzifəsinin icraasına başladıqdan az sonra, onun həyata keçirdiyi səs-kylü layihələrin müzakirəsi bağlı məsələlər, bu gün də öz aktuallığını saxlamaqdadır.Yəni, həmin layihələrin hansı vəsaitlər hesabına ərsəyə gətirilməsi, yenə də günün ən aktual mövzularından biri olaraq qalır. Xeyli müddətdən başlayaraq tərəfimizdən bu yöndə apardığımız atraşdırmalar zamanı bəlli oldu ki, Zakir Fərəcov Sumqayıta başçı təyin olunduqdan bir qədər sonra, onun müdhiş idarəçiliyinə qarşı kütləvi narazılıqlar baş qaldırır. Belə ki, icra başçısı şəhər ərazisində müəyyən layihə proqramlarını həyata keçirmək məqsədilə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin “üzərinə yeriyir”. Düzdür, onlar ilk əvvəl icra başçısına dirəniş göstərsələr də, son anda geri çəkilməli olurlar. Çünki, bu şəxs bəlkə də yeganə icra başçısıdır ki, ona qarşı “buynuz göstərən” hər kəsə qarşı mütəmadi qisasçılıq hissi il yaşayır.

O halın varlığını da qeyd edək ki, Sumqayıtın sabiq icra başçısı Eldar Əzizov da, vaxtilə sahibkarlara qarşı sərt addımlarını atırdı. Amma zaman keçdikcə o, şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarını “tasa otuzdurur” və lazım gəldikdə onlara lazımi imkanlar da yaradır. Elə ki, Sumqayıta Zakir Fərəcov başçı təyin olundu, o halda onun özü və adı çəkilən bu şəxsə sadiq olan komandası ələ düşən vürsəti heç də əldən vermədilər. Yəni, Fərəcov komandasının üzvləri sabiq icra başçısının sahibkarlara qeyri-qanuni yaratmış olduğu imkanlardan öz maraqlarının təmin olunması yöndə istifadə etdilər. Belə ki, ilk əvvəl onları obyektlərini sökmək hədəsi ilə üz-üzə qoydular, az sonra isə lazımi məbləğdə “haqq-hesab”ı əldə edib kənara çəkildilər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin iddiasına görə, hər bir şəxs obyektin yerindən və sahəsindən asılı olaraq, təqribən 5-50 min manat məbləğində “haqq-hesab” verməlu olurlar. Elə ki, bir kimsə “Sumqayıtın xanı” adını qazanmış bu şəxsin atdığı addımlara qarşı çıxır, o halda həmin şəxsə məxsus obyek elə bir formada viran edilir ki, sanki ümumi mənzərə Suriyanın xarabazarlığı çevrilmiş şəhərlərini xatırladır. Onu da bildirək ki, bugünə kimi Sumqayıtda sahibkarların sıxışdırılmaları, onların olmazın olaylarla üz-üzə qalmaları ilə bərabər, büdcədən ayrılan milyonlarla vəsaitlərin ələ keçirilərək mənimsənilməsi haqda, ayrı-ayrı KİV-də dəfələrlə silsilə tənqidi məqalələr dərc olunub. Qeyd olunan məqalələrdə Zakir Fərcovun həyata keçirdiyi idarəçiliyin mahiyyəti, büdcə vəsaitlərinin oğurlanması, dənizkənarı ərazilərdə həyata keçirilən layihələrin icrası zamanı mənimsənilən milyonların, dosbazlıq, qohumbazlıq amilinin tüğyan etməsi və s. kimi problemlər tam aydınlığı ilə qabardılıb. Təəssüf ki, son anda bu şəxslə bağlı heç bir tədbir görülməyib. Əksinə o, ayrı-ayrı illərdə müxtəlif titullarla ödüllənir. Çünki, bu şəxsin çoxsaylı qohum-əqrəbası, yaxın çevrəsinə daxil olan şəxslər hakimiyyət sütunlarında o qədər geniş formada təmsil olunublar ki, bir kimsənin ona təsir etməsi mümkün olmayan məsələdir. Məhz, belə bir səbələr üzündəndir ki, yenə də Zakir Fərəcov “kor atı minib köndələn çapmaqdadır”.

Nəzərdən qaçırmaq olmaz ki, Zakir Fərəcov daşıdığı vəzifəsinin icraasına başladıqdan az sonra, Sumqayıtda ilk işi kadrlarla bağlı oldu. Yəni, o, sələfi Eldar Əzizovla intriqalarda olduğundan, vaxtilə onun rəhbərliyi altında vəzifə sahibi olan şəxslərə qarşı “səlib yürüşü”nə başladı. Belə ki, həmin şəxslərin iş görmək qabiliyyətinin göstəricilərini, neçə il hansı sahədə çalışmalarını, iş təcrübələrini və s. nəzərə almadan, onları daşıdıqları vəzifələrindən uzaqlaşdırdı. İşdən çıxarılmış şəxslərin yerinə isə, vaxtilə Abşerondan onunla işləmiş şəxsləri təyin etdi. Qeyd olunası hal odur ki, Zakir Fərəcov kadr təyinatında daha çox yaxın qohumlarına, təmsil olduğu qruplaşmanın üzvlərinə, işbirliyində olan şəxslərə və s. üstünlük verir. Belə şəxslər sırasında Sumqayıt şəhər polis idarəsinin rəisi Əkbər İsmayılov, Sumqayıt şəhər 1 saylı Vergilər idarəsinin rəisi Səməd Vəliyev, Maliyyə idarəsinin rəisi Mətləb Məhərrəmov, Təhsil idarəsinin müdiri Teymur Səmədov, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Rahim Mustafayev və digərləri olur. Düzdür bu şəxslərin bəziləri, hal-hazırda müəyyən səbəblər üzündən daşıdıqları vəzifələrini icra etmirlər.

Onu da bildirək ki, Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunduğu ilk vaxtlardan bugünə kimi dəfələrlə şəhərin büdcəsinə milyonlarla vəsaitlər ayrılıb. Buna baxmayaraq, bu gün də şəhərin lift təsərrüfatı, çoxmənzilli binaların ümumi vəziyyəti, dam örtükləri, küçələrin bəziləri və s-rin vəziyyəti heç də ürəkaçan deyil. Acınacaqlı hal odur ki, ayrılmış büdcə vəsaitlərini ələ keçirən, illərdən bəri sahibkarları “gözümçıxdıya salan”, bir sözlə şəhərin “altından girib üstündən çıxan” Zakir Fərəcov, hal-hazırda da heç cür iştahasını cilovlaya bilmir. Yəni, bu şəxs daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq, bu gün Sumqayıtda fəaliyyət göstərən əksər şadlıq evlərindən, iri marketlərdən, tikinti şirkətlərindən, iaşə müəssisələrindən və s. “xərac yığdırmaq”la məşğul olur. Belə bir özbaşınalıqlar barədə də, indiyə kimi bir sıra mətbu orqanlarda silsilə tənqidi açıqlamalar dərc olunub. Sumqayıtdakı acınacaqlı durum, təkcə bunlarla yekunlaşmır. Bu gün şəhərdə elə bir ab-hava hökm sürür ki, icra hakimiyyətinin xəbəri olmadan, bir kimsə daşı daş üstə qoya bilmir. 2005-ci ildən əvvəl müxtəlif vəzifələri daşımış, 2005-ci ildən 2015-ci ilə kimi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, 2015-ci ildən indiyə kimi isə Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Zakir Fərcovun əldə etdiyi var-dövlətin həcmi milyonlarla deyil, bəlkə də milyardlarla ölçülür. Sözsüz ki, bu şəxsin ötən illər ərzində əldə etdiyi var-dövlət, onun dövlətdən aldığı əmək haqqı ilə deyil, ələ keçirdiyi mənimsəmələr hesabına başa gəlib. Bir anlığa olsa belə, Zakir Fərəcovun sahib olduğu əmlaklarına diqqət yetirək.

RESTORAN və OBYEKTLƏR

Sumqayıtda “Şahənə” şadıq sarayı
Novxanıda dəniz kənarında “Kalyon” restoranı
Yeni Bulvar ərazisində “Dəniz” restoranı
Sumqayıtın girişində OS- OİL
Sumqayıtda “İST” petrol (50% onundur)
Sumqayıtda “Səda Store”
13-cü mikr-da “Qold Qayalı” super ticarət şəbəkəsi (50% şərik)
Sumqayıt bulvarına bitişik yaşayış massivi
Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı
Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı
Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı
Qızının idarə etdiyi “UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəzi
“Kimyaçılar” sarayı qarşısındakı “Zəfəran” restoranı

MƏNZİL və VİLLALAR

Qurd dərəsi və Novxanı bağlarında 6 villası
Corat kəndində 1 villası
İzmirin Kuşadasında villası
Sumqayıt 29-cu məh, ev 17/18, mən-6 ünvanındamənzil
Binəqədirayonu, Musabəyovküç. 20 ünvanında mənzil
Sumqayıtın 21-c imikrorayonunda qızlarına məxsus 3 villa
Novxanıda hektarlarla bağ sahəsi
Zakir həm də tikinti maqnatıdır. Saray kəndiilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.

ŞİRKƏTLƏR

“Əsnayə MMC“ şirkəti (kürəkəni Əkrəmindir)
“LC-2008 MMC“ şirkəti (kürəkəni Müşviqindir)
“RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir)
“Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)
Əslində İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.

P.S. Hörmətli oxucular!Biz bu yöndə araşdırmamızı daham etdirrib, sizləri yaxın günlərdə daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq. Bizi izləməyi unutmayın.

 

Xeberfakt.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib