Dərc edilib: 01-02-2020

https://www.nuh.az/22380-.html

Ermənilər məşhur “İstisu” sanatoriyasını viran qoyub - SON FOTO

01.02.2020 14:28:55

Kriminal
Ermənilər işğal altındakı Kəlbəcər rayonu ərazisində yerləşən məşhur "İstisu” sanatoriyasının son görüntülərini yayımlayıb.  
modern.az   xəbər verir ki, uzun illər ərazidə qızıl yataqlarını və mineral su ehtiyatlarını istismar edən düşmən tərəfi Sovet İttifaqı dövründə yaradılmış bütün infrastukturu viran qoyub.

Xatırladaq ki, işğalı altındakı "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya salınmışdı.
Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan Çexiyanın məşhur Karlovı-Varı bulaqları ilə oxşardır və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib